İngiltərəAlmaniya

Misirlinin yerinə misirli – Salah Ömərlə əvəzlənir

İngiltərənin “Liverpul” klubu “Ayntraxt”ın almaniyalı forvardı Ömər Marmuşu almaqda maraqlıdır.

Aut.az xəbər verir ki, Premyer Liqa klubunun nümayəndələri futbolçunun agenti ilə əlaqə saxlayıb və maraqlandıqlarını bildiriblər.

Mersisayd rəhbərliyi 25 yaşlı futbolçunu almağa hazırdır və Öməri Məhəmməd Salahın əvəzləyicisi hesab edir. Marmusun müqaviləsi 2027-ci ilə qədərdir və onun transfer dəyəri 40 milyon avrodur. Bildirilir ki, futbolçunun alınması ilə bağlı qərar “Liverpul”un idman direktoru Riçard Hyuz tərəfindən razılaşdırılıb.

Bu mövsüm Ömər Marmuş Bundesliqada əsl kəşf olub – “Ayntraxt”ın heyətində 8 matçda misirli 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

Aut.az