Digər

Bilal onun istehzasına belə cavab verdi: Narkoman olduğunuz üçün…

UFC çempionu Bilal Məhəmməd irlandiyalı Konor Makqreqorun istehzasına cavab verib.

Aut.az xəbər verir ki, bundan əvvəl Məhəmməd UFC 310-da Şavkat Rəhmonova qarşı titulunu qoruya bilməyəcəyini təsdiqləmişdi.

Məhəmməd sosial şəbəkədə infeksiyaya görə xəstəxanada olduğunu və venadaxili maye qəbul etdiyini açıqlamışdı.  Makqreqor Məhəmmədin izahatına gülüş emojisi ilə rekaisya vermişdi.

“Antibiotiklərə görə mənə iynə vururlar. Narkoman olduğunuz üçün siz də iynədən istifadə edirsiniz. Amma biz eyni durumda deyilik”, – deyə Məhəmməd sosial şəbəkələrdə yazıb.

Aut.az