Basketbol

“Gəncə” ardıcıl üçüncü qələbəsini qazandı

“Gəncə” cari mövsüm Azərbaycan Basketbol Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.

Aut.az xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu kollektiv III turda “Ordu” ilə üz-üzə gəlib.

Qarşılaşma bölgə təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb – 82:61.

“Gəncə” ilk turda “Lənkəran”ı (90:75), II turda “Quba”nı (90:62) məğlub edib.

Qeyd edək ki, günün digər qarşılaşmasında “Quba” “Lənkəran”la qarşılaşacaq. Əvvəlki oyunlarda “Naxçıvan” “Sərhədçi”ni (83:66), NTD “Neftçi”ni (66:63) məğlub edib. Tura noyabrın 3-də iki matçla yekun vurulacaq.