Dünya futbolu

Neymar Messiyə qoşulur? – Martines elə bir reaksiya göstərdi ki…

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino Neymarın “Herons”un heyətinə mümkün qatılması ilə bağlı şayiələrə münasibət bildirib.

Daha əvvəl mətbuat “Əl-Hilal”ın cinah oyunçusunun Floridada torpaq sahəsi aldığını yazmışdı. Bundan sonra braziliyalının “Barselona”dakı keçmiş komanda yoldaşları Lionel Messi, Luis Suares, Xordi Alba və Serxio Busketslə “İnter Mayami”də yenidən bir araya gələ biləcəyi ilə bağlı xəbərlər yayılıb.

“Messi və artıq burada olan uşaqlarla hər şey mümkündür. Amma liqa maaş qaydalarını daha çevik etməsə, bunun necə həyata keçirilə biləcəyini təsəvvür edə bilmirəm. Mediada yazılanlarla reallıq fərqlidir. Bəs bunu necə etmək olar?

Reallıq budur ki, MLS-in sərt qaydaları var ki, liqa onları dəyişdirmək qərarına gəlməyincə, onları pozmaq olmaz. Burdan ev alan hamı oynamağa gəlir? Bu cəfəngiyatdır, konkret şeylərdən danışmaq lazımdır.

Əvvəlcə liqanın nə təklif etdiyini və bunun həqiqətən mümkün olub-olmadığını təhlil etməlisiniz. Buna əsaslansaq, bu gün bu mümkün deyil, ona görə də bu söhbətdə başqa məqam yoxdur”, – ESPN Martinonun sözlərini sitat gətirib.

Aut.az