İspaniyaİngiltərə

“Yunayted”in qalmaqallı futbolçusu Madriddə qalacaq?

Bu mövsüm icarə əsasında “Xetafe”də çıxış edən “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud ” Atletiko Madrid”ə keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Qrem Beyli “X” sosial şəbəkəsində yazıb.

Mənbənin məlumatına görə, “Mançester Yunayted” 22 yaşlı ingilis futbolçuya növbəti mövsüm harada oynamaq istədiyinə qərar verməyə icazə verəcək. Qrinvud və ailəsi Madriddə özlərini yaxşı hiss edirlər və qalmaq istəyirlər. Müvafiq olaraq, “Xetafe” onu yenə də icarəyə götürmək istəyir. Amma “Atletiko”nun böyük marağı situasiyanı dəyişir.

“Mançester Yunayted” özü də futbolçunu yenidən icarəyə göndərməyin əleyhinə deyil.

Bu mövsüm Qrinvud bütün yarışlarda 36 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Aut.az