Almaniya

Dünya səviyyəli bircə oyunçumuz da yoxdur – Kroosdan etiraf

Almaniya millisinin heyətində 2014-cü il Dünya Kubokunun qalibi Toni Kroos komandanın DÇ-2026-dan kənarlaşdırılmasından sonra fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Kroos bu barədə mundialla bağlı proqramda danışıb:

“Hazırda dünya səviyyəli bircə oyunçumuz da yoxdur. Dünya səviyyəli potensiala malik oyunçularımız var, amma bu, onların artıq dünya səviyyəli olduqları anlamına gəlmir. Dünya səviyyəli oyunçular Dünya Kubokunda oyunların taleyini həll edənlərdir. Onlar ən çox qol vuranlardır. Bizdə bir dənə də olsun belə oyunçu yoxdur və bunu etiraf etmək lazımdır”.

Almaniya millisi 1/8 final matçında Paraqvaya məğlub olaraq (1:1, 3:4 penalti) 2026-cı il dünya çempionatında iştirakını başa vurub.

Aut.az