19 yaşlı istedada görə “Liverpul”a 130 milyon “oxudular”
“Liverpul” “Leypsiq”in 19 yaşlı hücumçusu Yann Diomandeni transfer etmək üçün cəhdlərini davam etdirir.
Aut.az xəbər verir ki, jurnalist Ekrem Konurun sözlərinə görə, mersisaydlılar Diomandenin transferi üçün danışıqları sürətləndiriblər. Komandanın yeni baş məşqçisi Andoni İraola gənc istedada heyrandır və onu öz layihəsi üçün ideal oyunçu hesab edir.
PSJ də Fil Dişi Sahilindən olan oyunçu ilə maraqlanır. Mənbənin məlumatına görə, Almaniya klubu Diomandenin satışından təxminən 130 milyon avro qazanmaq istəyir.
Ötən mövsüm cinah yarımmüdafiəçisi bütün turnirlərdə 36 oyun keçirib, 13 qol vurub və komanda yoldaşlarına 9 dəfə məhsuldar ötürmə edib.
Aut.az
