PFL Bayramovla Hüseynzadəni mükafatlandırdı
“Ayın qolu” layihəsi çərçivəsində Elmin Bayramov və Taleh Hüseynzadə mükafatlandırılıb.
Aut.az xəbər verir ki, 1-ci Liqada “Mingəçevir” futbol klubunun üzvü Elmin Bayramov, 2-ci Liqada isə “Göygöl” futbol klubunun üzvü Taleh Hüseynzadə may ayının ən yaxşı qolunun müəllifi olub.
Onlara “ayın qolu” mükafatlarını Peşəkar Futbol Liqasının inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
