Digər

Qazaxıstan Şaydarova bu qədər mükafat verdi

Qazaxıstan hökuməti fiqurlu konkisürən Mixail Şaydorova 2026-cı ildə İtaliyanın Milan şəhərində keçirilən Olimpiya Oyunlarında qalib gəldiyi üçün ölkə büdcəsindən 250.000 dollar ödəyəcək.

Aut.az xəbər verir ki, Qazaxıstan Turizm və İdman Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada deyilir:

“Qazaxıstan Respublikası Hökuməti 2026-cı ildə İtaliyanın Milan və Kortina d’Ampezzo şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarının qalibi Mixail Şaydorova (fiqurlu konkisürmə) və ilk altı idmançı arasında yer alan Nadejda Morozovaya (sürətlə konkisürmə) pul mükafatlarının ödənilməsi barədə qərar qəbul edib. Medal qazanan idmançıların birinci, şəxsi və baş məşqçilərinə də pul mükafatları ödənilib”.

Aut.az