Rəsmi: “Yunayted”in əfsanəsi Haqın məşqçilər korpusunda
“Mançester Yunayted” rəsmi olaraq komandanın baş məşqçisi Erik ten Haqın məşqçilər korpusuna iki yeni mütəxəssisin qoşulduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, söhbət Rene Hack və Ruud van Nistelrooydan gedir. Hər iki mütəxəssislə müqavilə 2026-cı ilin yayına qədərdir.
Van Nistelroy futbolçu kimi 2001-2006-cı illərdə “Mançester Yunayted”də çıxış edib. Ümumilikdə, 48 yaşlı hollandiyalı eks forvard klubda bütün yarışlarda 219 oyun keçirib və 150 qol vurub.
Aut.az
