UEFA İngiltərə klublarının ÇL-lə bağlı təklifini rədd etdi
UEFA Premyer Liqa klublarının Çempionlar Liqası ilə bağlı təkliflərini qəbul etməyib.
Aut.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Premyer Liqa klubları iştirak ərizəsində futbolçu sayının 25-dən 28-ə qədər artırılmasını istəsələr də, UEFA bu tələbi rədd edib.
Mənbənin məlumatına görə, İspaniya klublarının nümayəndələri mövcud qaydaların saxlanılmasının lehinə çıxış edərək, Premyer Liqa komandalarının maliyyə üstünlüklərindən istifadə edərək əhəmiyyətli üstünlük əldə edə biləcəklərini bildiriblər.
Qeyd olunur ki, onlar bu məsələyə 2027/28 mövsümünün əvvəlində yenidən qayıda bilərlər.
Aut.az
