İngiltərəDünya futbolu

Əfsanə “Old Trafford”da poker etdi: Fitə basıldı

Karlos Teves “Old Trafford”da keçirilən xeyriyyə oyununda pokerə imza atıb.

Aut.az xəbər verir ki, illik “Soccer Aid” oyunu “Mançester Yunayted”in stadionunda Dünya və İngiltərə yığmalarının iştirakı ilə keçirilib.

Birinciləri Edvin van der Sar, Nemanya Vidiç , Rivaldo, David Trezeqe, Karlos Teves,  Leonardo Bonuççi, Robbi Kin, keçmiş boksçu Toni Belyu, müğənni Niki Börn və başqaları, ikinciləri  isə Co Hart, Qari Nevill, Cermeyn Defo, Aaran Lenon, Ueyn Runi, Pol Skoluz, müğənni Bella Ramsay və başqaları təmsil ediblər.

Peter Şmeyxel dünya yığmasının məşqçilər korpusuna, Tayson Fyuri, Harri Rednapp və Devid Ceyms isə İngiltərə yığmasının məşqçilər korpusuna daxil olub.

Oyun 5:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Dörd qolu isə əvəzetmədən meydana daxil olan Teves vurub.

“Daily Mail” qeyd edir ki, 2009-cu ildə “Mançester Yunayted”dən “Mançester Siti”yə keçən argentinalı həm heyətlərin açıqlanması zamanı, həm də hər qoldan sonra fitə basılıb.

Təşkilatçılar 7 milyon funt-sterlinqdən çox pul toplaya biliblər ki, bu da UNICEF vasitəsilə bütün dünyada uşaqlara kömək etmək üçün istifadə olunacaq.

Aut.az