İngiltərə

Arteta Qvardiolanın tələbini yerinə yetirdi: O sözlərinə…

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Pep Qvardiolanın tələbini yerinə yetirib.

Aut.az xəbər verir ki, Artetat “Mançester Siti”də hər şeyin necə baş verdiyini bilirəm” demişdi. Pep isə tələb etmişdi ki, bu fikirlərinə aydınlıq gətirsin.

“Mən bunu çox aydın şəkildə təkrarlaya bilərəm, Pepi sevirəm, 10 yaşımdan ona heyran olmuşam.

Mən ona dərin hörmət edirəm, mənim üçün etdiyi və etməyə davam etdiyi hər şeyə görə çox minnətdaram və onu dost hesab edirəm. Bütün işçiləri sevirəm və hörmət edirəm, çünki onlarla dörd il işləmişəm və onları tanıdığımı deyəndə, onların nə qədər çalışdıqlarını bildiyimi nəzərdə tuturdum.

Pep qədər zəhmət çəkən insan görməmişəm. Məhz bunun sayəsində hər zaman qalib gəlirdilər.

Anladığım və demək istədiyim budur. İstəyirsinizsə, təkrar edə bilərəm, amma kimsə münasibəti pozmaq istəsə, ona nəzarət edə bilmərəm. Ancaq hörmət hissi dərindir, Pep bunu bilir, işçilər də bilir, çünki mənim onlarla hələ də münasibətim var: idarə heyəti ilə, sahiblərlə, hamı ilə. İdmanda qalib gəlmək iradəsi olmalıdır, onlarda da var, məndə də var”, – Artetanın sözlərini “Football.London” sitat gətirib.

Aut.az