Almaniya

Ançelottinin göndərilməsi düzgün idi? – Kan Naqelsmannın “Bavariya”dan qovulması haqda

“Bavariya”nın idarə heyətinin sabiq sədri Oliver Kan 2023-cü ilin martında alman mütəxəssis Yulian Naqelsmannın Münhen klubunun baş məşqçisi postundan qovulmasının düzgün qərar olub-olmaması ilə bağlı sualı cavablandırıb.

 Xatırladaq ki, Kan 2021-ci ildən 2023-cü ilin mayına kimi bu vəzifəni icra edib.

Aut.az xəbər verir ki, Kan bu suala birmənalı cavab verməyib.

“Mən dəfələrlə demişəm ki, o vaxt bizim səbəblərimiz var idi. Bu işdən çıxarılma səhv idi? Eyni halda deyə bilərik: Uli Höness və Karl-Haynts Rummenigge üçün Ançelottini qovmağın mənası vardı? O, daha sonra “Real”a gedib orada xeyli titul qazandı.

Həmişə müəyyən qərarları zaman kontekstində nəzərdən keçirməlisiniz. Onda Yulian “Bavariya”nın, indi isə Almaniya millisinin çalışdırıcısıdır. Bu hadisələri bir-birinə bağlamağın mənası yoxdur”, – deyə “Bild” Kandan sitat gətirib.

İtaliyalı baş məşqçi Karlo Ançelotti 2016-2017-ci illərdə “Bavariya”ya rəhbərlik edib.

Aut.az