Almaniya

“Bavariya”nın Keynlə bağlı şərti bəlli oldu

Harri Keyn karyerasını Premyer Liqaya davam etdirə bilər.

Aut.az xəbər verir ki, “CaughtOffside” yazır ki, “Bavariya” ingilisi nəyin bahasına olursa-olsun, saxlamayacaq. Əgər hər hansı komanda 67 milyon funt-sterlinq sərbəst buraxılış maddəsini ödəməyə hazırdırsa, Münhen klubu hücumçunun gedişinə mane olmayacaq.

Keynlə “Arsenal”, “Mançester Yunayted” və “Tottenhem”in də maraqlandığı məlum olub. Fevral ayında “Çelsi”nin maraqlandığı bildirildi.

Qeyd edək ki, bəzi mənbələr Keynin “Bavariya”da qalmaq istədiyini iddia edir. Məlumatı insayder Fabritsio Romano da təsdiqləyib.

Aut.az