AlmaniyaDünya cempionatı

Premyer Liqada buna gülərdilər – İlkaydan məğlubiyyətə reaksiya

Almaniya millisi DÇ-2026-da mübarizəni dayandırdıqdan sonra İlkay Gündoğan fikrilərini bildirib.

Aut.az xəbər verir ki, o, hakimlikdən narazılıq edib.

Gündoğan “De Marke Sports” qəzetinə verdiyi açıqlamada bildirib:

“Komandanın bugünkü oyununu şişirtməyin mənası yoxdur… Bəs VAR qərarı necə idi? Premyer Liqada buna sadəcə gülüb davam edərdilər. Bu, böyük bir məyusluqdur.

Təəssüf ki, biz özümüz bütün 120 dəqiqə ərzində təsirli futbol oynaya bilmədik”.

Almaniya turniri 1/32 final mərhələsində Paraqvaya penalti seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

Aut.az