Mahir Emreli Almaniyada qol hesabını açdı – VİDEO
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın “Nürnberq” komandasında qol hesabını açıb.
Aut.az xəbər verir ki, oyun 2-ci Bundesliqanın 9-cu turuna təsadüf edib.
Səfərdə “Qroyter Fyurt”un qonağı olan “Nürnberq”in heyətində ilk qolu 13-cü dəqiqədə Emreli vurub.
Qarşılaşma 4:0 hesabı ilə “Nürnberq”in xeyrinə başa çatıb. Mahir 56-cı dəqiqədə sarı vərəqə də alıb.
