Azərbaycan futbolu

Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Aut.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Dila” (Gürcüstan) – “Rasinq Union” (Lüksemburq) oyununda hakim-inspektor olacaq.

Qarşılaşma iyulun 17-də, Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda keçiriləcək.