Azərbaycan hakimləri Avropa çempionatlarına təyinat aldı
Azərbaycanın basketbol hakimləri gənclər arasında keçiriləcək Avropa çempionatlarına təyinat alıblar.
Aut.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Ruslan Xalıqov, Urfan Bayramlı, Toğrul Həsənov və Asif Bağışov qitə birinciliklərində iş başında olacaqlar.
Xalıq U-18, Bayramlı U-20, Həsənov U-20, Bağışov isə U-16 Avropa çempionatının B divizionunun qarşılaşmalarını idarə edəcəklər.
Avropa birincilikləri iyul və avqustda gerçəkləşəcək.
