Bu federasiya ruslarla “neytral” statusu verdi
Beynəlxalq Konkisürmə İttifaqı (ISU) rəsmi saytında Rusiya və Belarus idmançılarının neytral statusla beynəlxalq yarışlara buraxıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyası (ISU) bəyanatında Rusiya və Belarus fiqurlu konkisürənlərinə qarşı tətbiq edilən qadağaların ləğv edildiyini açıqlayıb. İdmançılar təşkilatın himayəsi altında keçirilən bütün yarışlarda neytral statusda, amma milli bayraqlar, himnlər və ya milli simvollar olmadan iştirak edə biləcəklər. Eyni tələblər dəstək heyətinə də şamil edilir.
Rusiya və Belarusdan olan fiqurlu konkisürənlər 2022-ci ilin aprel ayında təşkilatın qərarı ilə ISU-nun himayəsi altında beynəlxalq yarışlardan kənarlaşdırılmışdılar.
Aut.az
