Digər

Pike Şakiraya milyonlar qazandırır

Şakira, ayrıldıqdan sonra keçmiş sevgilisi Jerar Pikeyə ünvanladığı mahnılar sayəsində milyonlarla dollar qazanıb.

Aut.az xəbər verir ki, “BZRP Music Sessions #53” mahnısı Şakiraya “YouTube” və “Amazon”dan 500 min, “Spotify”dən 360 min və “Apple”dan 1.2 milyon dollar qazandırıb. Bu o deməkdir ki, o, bu mahnı sayəsində 2,56 milyon dollar gəlir əldə edib.

Qeyd edək ki, kolumbiyalı müğənni ispaniyalı sabiq futbolçunun xəyanətindən sonra ondan ayrılıb və Pikeyə istinadən üç mahnı yayımlayıb.