Azərbaycan futbolu

Kubokun finalı bu stadionda keçiriləcək

Azərbaycan kubokunun 2022/2023 mövsümünün final matçının keçiriləcəyi stadion müəyyənləşib.

Aut.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən oyun 8-ci km qəsəbə stadionunda keçiriləcək. Ölkə kubokunun həlledici qarşılaşması öncədən elan olunduğu kimi iyun ayının 3-də baş tutacaq.

Qeyd edək ki, kubokun yarımfinalında “Neftçi” “Turan Tovuz”la, “Qəbələ” “Səbail”lə qarşılaşacaq.