İngiltərə

“Liverpul” hesabat verdi – Fantastik gəlir

“Liverpul” 2021/22 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.

Aut.az xəbər verir ki, Mersisayd klubu ötən maliyyə ilində 594 milyon funt sterlinq gəlir əldə edib. Bu da öncəki illə müqayisədə 107 milyon funt sterlinq artım deməkdir. Hesabata nəzər yetirdikdə klubun media hüquqlarından əldə etdiyi gəlirlərin azaldığı, matç günü və kommersiya gəlirlərinin isə artdığı görülür.

Qeyd edək ki, bu mövsüm uğursuz çıxış edən “qırmızılar” 23 oyundan topladığı 36 xalla Premyer Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.