Azərbaycan futbolu

“Qəbələ” konqolu futbolçu transfer etdi – Rəsmi

“Qəbələ” yay fasiləsində daha bir futbolçu transferini reallaşdırıb.

Aut.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bölgə təmsilçisi Konqo Demokratik Respublikasından olan Natan Monzanqo ilə 1+1 illik müqavilə bağlayıb. 25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub.

O, buna qədər “Şole”, “Amyen”, “Pau”, “Vilfranş” (hamısı Fransa), “Çaykur Rizəspor” (Türkiyə) klublarının şərəfini qoruyub.