Amerikalı nazir sevincindən rəqs edib – İran mübarizəni dayandırdığı üçün
ABŞ-ın Daxili Təhlükəsizlik Katibi Markveyn Mallin İran millisinin 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından məmnun olduğunu bildirib.
Aut.az xəbər verir ki, “The Athletic” qəzeti Mallinin sözlərini sitat gətirib:
“Onların ölkədən çıxıb geri qayıtmayacaqlarına şadam. Vizalarını ləğv edib ABŞ-ı tərk edə biləcəklərini deyəndə çox sevindim. Ola bilsin ki, bir neçə mahnı oxuyub, hətta sevincdən rəqs edərdim”.
İran millisi 3 oyundan 3 xalla G qrupunda üçüncü yeri tutub və turnirin pley-off mərhələsinə yüksələ bilməyib.
Aut.az
