“Yuventus” rəsmən açıqladı: O, planımıza daxil deyil, ayrılır
“Yuventus”un baş direktoru Covanni Karnevali bildirib ki, klub hücumçu Duşan Vlahoviçin müqaviləsini uzatmayacaq. Serbiyalının klubla müqaviləsi bu gün – 30 iyunda başa çatır.
Aut.az xəbər verir ki, kurnalist Yagiz Sabunçoğlu Karnevalinin sözlərini sitat gətirib:
“Dusan Vlahoviç planlarımızda deyil”.
Vlahoviç 2025/2026 mövsümündə bütün yarışlarda 23 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt”dakı məlumata görə, hücumçunun bazar dəyəri 35 milyon avrodur. Onunla əvvəllər “Barselona”, “Çelsi”, “Mançester Yunayted” və digər klubların maraqlandığı bildirilirdi.
Aut.az
