Rusiya olimpiya çempionlarının evini xarabalığa çevirdi – VİDEO
Ukraynanın biatlon üzrə olimpiya çempionları Valentina və Vita Semerenkonun doğulub boya-başa çatdığı Krasnopolyedəki evləri Rusiyanın idarə olunan hava bombaları (GAB) tərəfindən dağıdılıb.
Aut.az xəbər verir ki, bu barədə Vita Semerenko “Facebook”da məlumat verib:
“Biatlonda ilk addımlarımı burada atdım. Olimpiya qızılı da daxil olmaqla medallarımı burada vətənə gətirdim. Xatirələrim, ailəm, həyatım burada yaşadı.
Bu gün Rusiya KAB-ları onu xarabalığa çevirib.
Onlar divarları dağıda bilərlər, amma xatirəni, tutduğum yolu və doğma Krasnopolyemə olan sevgini məhv edə bilməzlər”.
Vita və Valentina Semerenko 2014-cü il Olimpiya Oyunlarında estafet yarışında qızıl medal qazanıblar.
Aut.az
