“Real” Venesuelaya yardım etdi – Kampaniyaya başladı
“Real Madrid” və klub prezidenti Florentino Peres Venesuela zəlzələsindən zərər çəkənlərə kömək üçün 2 milyon avro ianə edəcəklər.
Aut.az xəbər verir ki, bu barədə “Real Madrid” rəsmi saytında açıqlama yayıb.
Klub Venesuelada baş verən silsilə zəlzələlər nəticəsində zərərçəkənlərə və ailələrinə kömək üçün 1 milyon avro ianə edəcək. Florentino Peres də oxşar məbləğdə ianə edəcək. “Real Madrid” Fondu “Qırmızı Xaç”la əməkdaşlıq çərçivəsində zərərçəkənlər üçün ianə toplama kampaniyasına başlayıb.
Klub rəsmi saytında paylaşım edərək yazıb: “Real Madrid”də bu çox çətin günlərdə Venesuela xalqına bütün dəstəyimizi, sevgimizi və həmrəyliyimizi ifadə etmək istəyirik”.
Aut.az
