İspaniya

Laporta Messininin qayıdışı haqda: İstədiyi kimi…

Joan Laporta Lionel Messinin “Barselona”ya qayıtmasına açıq olduğunu bildirib.

Laporta səslərin 68%-ni toplayaraq yenidən Kataloniya klubunun prezidenti seçilib.

Aut.az xəbər verir ki, Laporta yenidən seçildikdən sonra TV3-ə verdiyi müsahibədə bildirib:

“Leo “Barselona”ya istədiyi kimi qayıdacaq. “Barselona” kimi bir qurumun güclənməsinə və əzəmətini artırmasına davam etmək istəyirsə, qapılar onun üzünə açıqdır”.

Messi “Barselona” akademiyasının yetirməsidir. O, 2021-ci ildə PSJ-yə qoşulub və 2023-cü ildən bəri “İnter Mayami”də çıxış edir.

Aut.az