İddia – Simeone onun satılmasını tələb edir
Madridin “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone hücumçu Xulian Alvaresin satılmasının tərəfdarıdır.
Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, Simeone “Atletiko”dan ayrılmaq istədiyini açıqladıqdan sonra hücumçu ilə bağlı planlarından imtina edib. “Atletiko” rəhbərliyi oyunçunun transferi üçün danışıqlar aparmağa hazırdır və 150 milyon avro tələb edir.
“Barselona”nın Xulian Alvaresi transfer etməkdə maraqlı olduğu bildirilirdi. Hücumçunun “Atletiko” ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
Aut.az
