Dünya cempionatı

DÇ-2026-da yeni rekordlar

ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il Dünya Çempionatında vurulan qolların sayına görə yeni rekord qeydə alınıb.

Aut.az xəbər verir ki, hazırkı mundialda indiyədək ümumilikdə 177 qol vurulub. Bununla da 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatında müəyyənləşdirilmiş 172 qolluq rekord geridə qalıb.

DÇ-2026-da azarkeş sayı ilə bağlı yeni rekord qeydə alınıb.  Rekord Almaniya və Ekvador milliləri arasında keçirilən qrup mərhələsi oyununda (1:2) rəsmiləşib. Həmin qarşılaşmadan sonra dünya çempionatının oyunlarını stadionlardan izləyən azarkeşlərin ümumi sayı 3 605 357 nəfərə çatıb.

Beləliklə, 1994-cü ildə ABŞ-da keçirilən Dünya Çempionatına məxsus 3 587 538 tamaşaçı rekordu geridə qalıb.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı 19 iyul tarixində başa çatacaq. Bu, mundial tarixində ilk dəfə 48 milli komandanın iştirakı ilə təşkil olunan turnirdir.