Dünya cempionatı

“Çelsi”nin kapitanı final haqda: Hamı PSJ barədə danışır, amma…

“Çelsi”nin kapitanı Ris Ceyms klublararası dünya çempionatının finalında PSJ ilə qarşılaşma öncəsi gözləntilərini bölüşüb.

Aut.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bu sözləri deyib:

“PSJ hazırda dünyanın ən güclü komandalarından biridir. Amma bu finaldır. Hər şeyi bir oyun həll edəcək. Hər kəs onları açıq-aşkar favorit sayır, amma mən artıq elə final matçlarında oynamışam ki, biz favorit idik, amma uduzmuşuq. Ona görə də bu, mənim üçün çox şey ifadə etmir. Açığı, vecimə də deyil. Hər kəs rəqibdən danışır, amma biz onlara yaxşı hazırlaşacağıq və qalib gələcəyik.

Məni səhv başa düşməyin, çətin oyun olacaq. Onlar möhtəşəm komandadır. Amma biz də inanılmaz güclüyük və düşünürəm ki, bir çoxlarını təəccübləndirəcəyik. Uzun yol gəlmişik və bazar günü baş tutacaq oyunu səbirsizliklə gözləyirik”.

Klublararası dünya çempionatının final matçı bu gün baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az