Dünya futboluDünya cempionatı

Braziliya millisi bu rəngdə forma geyinəcək: 106 il sonra – FOTOLAR

Braziliya milli komandasının növbəti səfər forması qırmızı rəngdə olacaq.

Aut.az xəbər verir ki, bu barədə “Footy Headlines” məlumat yayıb.

Bildirilir ki, “sambaçılar”ın texniki sponsoru ABŞ-nin “Nike” şirkəti hazırda 2026-cı il dünya çempionatında iştirak etməsi gözlənilən komanda üçün yeni formaların dizaynını hazırlayır. Komandanın ev forması adi sarı rəngdə qalacaq. Səfər forması adəti üzrə mavi rəngdə yox, qırmızı olacaq.

Qeyd edək ki, Braziliya millisinin qırmızı formada çıxış etməsi tarixdə ilk dəfə deyil. Komanda 1917-1919-cu illərdə oxşar rəngli səfər formasından istifadə edib.

Aut.az

Braziliya millisi bu rəngdə forma geyinəcək: 106 il sonra - FOTOLARBraziliya millisi bu rəngdə forma geyinəcək: 106 il sonra - FOTOLAR

Braziliya millisi bu rəngdə forma geyinəcək: 106 il sonra - FOTOLARBraziliya millisi bu rəngdə forma geyinəcək: 106 il sonra - FOTOLAR