KDÇ-2025-in yarımfinal cütləri: Görüşlər nə vaxt keçiriləcək?
Klublararası dünya şempionatının yarımfinal mərhələsində iştirak edəcək bütün komandalar müəyyənləşib.
Aut.az xəbər verir ki, İlk yarımfinal qarşılaşması iyulun 8-də baş tutacaq. Həmin oyunda İngiltərə təmsilçisi “Çelsi” Braziliyanın “Fluminense” klubu ilə üz-üzə gələcək. Bir gün sonra baş tutacaq ikinci yarımfinalda İspaniya təmsilçisi “Real” Fransanın PSJ klubu ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Klublararası dünya çempionatının final oyunu isə iyulun 13-də keçiriləcək.
Aut.az
