Dünya cempionatı

“Real” yarımfinalda

Klublararası dünya çempionatının 1/4 finalında “Real” “Borussiya”nı 3:2 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, Madrid klubunun qollarını Qonzalo Qarsiya, Fransisko Qarsiya və Kilian Mbappe vurub. Dortmund təmsilçisinin heyətində isə Maksimilian Bayer və Serou Qirassi fərqlənib.

Bununla “Real” yarımfinalda PSJ-yə rəqib olub. Qarşılaşma iyulun 9-da baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az