Dünya cempionatı

DÇ-2026-da pley-off həyəcanı: Türkiyə Rumıniyaya, İtaliya Şimali İrlandiyaya qarşı

Bu gün 2026-cı ildə ABŞ, Meksika və Kanadada təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə pley-off oyunları start götürəcək.

Aut.az xəbər verir ki, qrup mərhələsində 2-ci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasından gələn 4 iştirakçıdan formalaşan 8 cütün güclüləri müəyyənləşəcək.

Türkiyə millisi pley-off-da Rumıniya komandası ilə görüşəcək. Bu cütün qalibi pley-off-un finalında Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq. Türkiyə qalib gəlsə, pley-off-un finalında matçı səfərdə keçirəcək.

Qeyd edək ki, mundiala yollanacaq 4 xoşbəxti müəyyənləşdirəcək final oyunları isə 31 martda keçiriləcək.

DÇ-2026
Pley-off, 1/2 final
26 mart

21:00. Türkiyə – Rumıniya

23:45. Çexiya – İrlandiya

23:45. Danimarka – Şimali Makedoniya

23:45. İtaliya – Şimali İrlandiya

23:45. Polşa – Albaniya

23:45. Slovakiya – Kosovo

23:45. Ukrayna – İsveç

23:45. Uels – Bosniya və Herseqovina