Dünya cempionatı

Oçoa tarixə belə düşdü

Dünya Çempionatının qrup mərhələsi çərçivəsində Meksika Çexiyaya 3:0 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, Oyunun 78-ci dəqiqəsində Meksika millisinin heyətində tarixi hadisə yaşanıb. 40 yaşlı qapıçı və yığmanın canlı əfsanəsi Qilyermo Oçoa meydana daxil olub.

Beləliklə, Oçoa futbol tarixində 6 Dünya Çempionatında iştirak edən ilk qapıçı kimi rekord müəllifi olub.

Təcrübəli qolkiper daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında da Meksika millisinin heyətində yer almışdı. 2026-cı il mundialında meydana çıxmaqla o, bu unikal göstəriciyə nail olub.

Aut.az