Dünya cempionatı

Neymar göz yaşını saxlaya bilmədi – FOTOLAR

Braziliya millisinin hücumçusu Neymar 2026-cı il Dünya Çempionatında keçirdiyi ilk oyundan sonra emosiyalarını gizlədə bilməyib.

Aut.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti Şotlandiyaya qarşı keçirilən görüşün son dəqiqələrində, hesabın Braziliyanın xeyrinə 3:0 olduğu vaxt Neymara şans verib.

Təcrübəli hücumçu 981 günlük fasilədən sonra ilk dəfə Braziliya millisinin formasında meydana çıxıb.

Final fitindən dərhal sonra Neymar göz yaşlarını saxlaya bilməyib. Uzun müddət davam edən zədələr və milli komandadan uzaq qalmasının ardından dünya çempionatında yenidən meydana qayıtması onun üçün xüsusi emosional anla yadda qalıb.

Qeyd edək ki, Braziliya millisi Şotlandiya üzərində 3:0 hesablı inamlı qələbə qazanıb. Neymarın meydana qayıdışı isə matçın ən yaddaqalan məqamlarından biri olub.

Neymar göz yaşını saxlaya bilmədi - FOTOLAR

Neymar göz yaşını saxlaya bilmədi - FOTOLAR