Pley-off mərhələsinin ilk cütü müəyyənləşdi
DÇ-2026-nın pley-off mərhələsinin ilk cütlüyü müəyyənləşib.
Aut.az xəbər verir ki, Kanada və Cənubi Afrika 16/1 finalda üz-üzə gələcəklər. Onlar qruplarında ikinci yeri tutublar.
Oyun iyunun 28-də İnqlvuddakı SoFi stadionunda keçiriləcək.
Bu, hər iki komandanın pley-off mərhələsində debüt oyunu olacaq. Bu matçın qalibi 1/8 finalda ya Mərakeş, ya da F qrupunun qalibi (Niderland/Yaponiya/İsveç) ilə qarşılaşacaq.
Xatırladaq ki, Cənubi Afrika qrup mərhələsinin son turunda Cənubi Koreyanı sensasiyalı şəkildə məğlub edib, Kanada İsveçrəyə məğlub olub.
Aut.az
