DÇ-2026: Kanada İsveçrəyə uduzdu
Futbol üzrə dünya çempionatında İsveçrə Kanadanı məğlub edib.
Aut.az xəbər verir k,”BC Palace”stadionunda keçirilən B qrupunun III turunun matçında Avropa təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
İsveçrənin qollarını Ruben Varqas (46) və Joan Manzambi (57) vurublar. Kanadanın heyətində isə Promis Akinpelu (76) təsəlli qoluna imza atıb.
Bu qələbə sayəsində İsveçrə B qrupunu 7 xalla lider tamamlayıb. Kanada isə 4 xalla ikinci olub.
