Dünya futboluDünya cempionatı

Mirziyoyevdən Özbəkistanın DÇ-də debütünə reaksiya: Bu da qələbədir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev milli komandanın Dünya Kubokundakı debüt oyununu qiymətləndirib.

Özbəkistan millisi iyunun 18-də Mexiko şəhərində Kolumbiyaya 1:3 hesabı ilə uduzsa da, ölkənin Dünya Kubokunda vurduğu ilk qolu dövlət başçısı müsbət qiymətləndirib.

Aut.az xəbər verir ki, Mirziyoyevin mətbuat xidməti onun sözlərini sitat gətirib:

“Oyunçularımız çox təcrübəli komandaya qarşı matçda güclü xarakter nümayiş etdirdilər. Ölkə üçün çempionatda ilk qolu vurmaq da bir qələbədir”.

Özbəkistan millisinin yeganə qolunu 60-cı dəqiqədə Abbosbek Fayzullayev vurub. Özbəkistan Portuqaliya və Konqo Demokratik Respublikasının da yer aldığı K qrupunda mübarizə aparır.

Komanda növbəti oyununu iyunun 23-də Portuqaliyaya qarşı keçirəcək.

Aut.az