Azərbaycan futbolu

“Araz-Naxçıvan” kapitanla vidalaşdı

“Araz-Naxçıvan” futbolçusu Urfan Abbasovla başa çatan müqavilənin müddətini yeniləməyib.

Aut.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

2024-cü ildən “Araz-Naxçıvan”da çıxış edən 33 yaşlı cinah müdafiəçisi komandanın kapitanı idi.

“Araz-Naxçıvan” bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriges, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni müqavilə imzalamayıb.