Bosniyalı futbolçu Messi və Yamalı geridə qoydu
Bosniya və Herseqovina millisinin hücumçusu Kərim Alaybeqoviç Dünya Çempionatları tarixində qol vuran ən gənc futbolçuların ilk 10-luğuna daxil olub.
Aut.az xəbər verir ki, Qətərə qarşı qrup mərhələsinin üçüncü tur oyununda fərqlənən forvard qolu 18 yaş 276 günlük olarkən vurub. Bununla da o, siyahıda 8-ci pilləyə yüksəlib və İspaniya millisinin futbolçusu Lamin Yamalı (18 yaş 343 gün) və Argentina millisinin kapitanı Lionel Messini (18 yaş 357 gün) geridə qoyub.
Kərim Alaybegoviç Avstriyanın “Zaltsburq” komandasında çıxış edir. O, 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 44 oyuna çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.
Aut.az

