SON DƏQİQƏ: “Neftçi” 200 min ödəsə, baş məşqçi o olacaq
“Neftçi”nin baş məşqçi postuna rumıniyalı Adrian Mutunu gətirəcəyi ilə bağlı informasiyalar təsdiqini tapıb.
Aut.az xəbər verir ki, Rumıniyanın “Rapid” klubunun səhmdarlarından biri olan Viktor Antxelesku bununla bağlı açıqlama verib. O, “ağ-qaralar”ın 44 yaşlı mütəxəsisslə yaxından maraqlandığını təsdiqləyib. Funksioner yerli mətbuata açıqlamasında Mutunun, böyük ehtimalla Bakı klubuna keçəcəyini bildirib:
“Mutunun bizimlə müqaviləsi var. Qarşı tərəf 200 000 avro təzminat məbləğini ödəsə, onu buraxmağa hazırıq. Amma hələlik klub daxilində bu məsələni müzakirə etməmişik”.
Qeyd edək ki, “Neftçi”yə son olaraq Adrianın həmyerlisi Laurentsiu Regekampf başçılıq edib. O, ötən mövsümün sonunda uğursuz nəticələrdən sonra istefaya göndərilib.

