Azərbaycan futbolu

“Qəbələ”dən müdafiəçisi ilə yeni müqavilə

“Qəbələ” futbolçusu Seydina Keyta ilə müqavilənin müddətini uzadıb.

Aut.az xəbər verir ki, Bölgə təmsilçisi mərkəz müdafiəçisi ilə yeni – 1 illik müqavilə bağlayıb.

2026-cı ilin yanvarından “Qəbələ”nin şərəfini qoruyan Seydina Keyta bu müddət ərzində 19 oyunda 3 qol vurub.