Əfsanə DÇ-2026-nın oyunu zamanı tribunada yuxuladı – FOTOLAR
1998-ci il dünya çempionu, Fransa millisinin sabiq futbolçusu Yuri Corkaeff İspaniya – Səudiyyə Ərəbistanı (4:0) matçı zamanı diqqət mərkəzinə düşüb.
Aut.az xəbər verir ki, 58 yaşlı keçmiş yarımmüdafiəçi 2026-cı il dünya çempionatının görüşünü FOFA-nın rəsmi nümayəndəsi qismində tribunadan izləyib. Lakin yayım zamanı kameralar onun tribunada yuxuladığını qeydə alıb.
Hadisə oyunun 58-ci dəqiqəsində baş verib. Həmin vaxt İspaniya artıq rəqib qapısından dörd cavabsız top keçirib.
Corkaeff FİFA prezidenti Canni İnfantinonun birbaşa arxasında əyləşib. Onun yanında isə İspaniya millisinin sabiq müdafiəçiləri Fernando Yerro və Míçel Salqado yer alıb.
Kameraların qeydə aldığı həmin görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və futbol azarkeşləri arasında müzakirə mövzusuna çevrilib.
Aut.az

