Dünya futboluİspaniya

Mbappedən müəmmalı transfer açıqlaması: Bekhem bu barədə…

Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe gələcəkdə MLS-də çıxış etmək ehtimalını istisna etməyib.

Aut.az xəbər verir ki, fransalı futbolçu Madrid klubunun əfsanəsi Devid Bekhemin ona dəfələrlə ABŞ-a köçərək MLS-də oynamağı təklif etdiyini bildirib:

“Bir gün MLS-də oynamaq? Bilmirəm… Devid Bekhem bu barədə mənə dəfələrlə deyib. Baxarıq, bilmirəm. Amerika mədəniyyətini sevirəm — orada ambisiyalar üçün heç bir məhdudiyyət yoxdur”.

27 yaşlı hücumçunun “Real” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Bekhemin həmsahibi olduğu “İnter Mayami” son illərdə dünya futbolunun bir sıra tanınmış simalarını MLS-ə cəlb etməyi bacarıb.

Aut.az