Dünya cempionatı

Muslera “Qalatasaray”ın əfsanəsinin rekordunu təkrarladı

Uruqvay millisinin təcrübəli qapıçısı Fernando Muslera dünya çempionatlarında yeni rekorda ortaq olub.

Aut.az xəbər verir ki, 2026-cı il dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Kabo-Verdeyə qarşı keçirilən görüşdə meydana çıxan 40 yaşlı qolkiper mundiallarda 18-ci oyununu keçirib.

Bununla da Muslera Braziliya millisinin əfsanəvi qapıçısı Klaudio Taffarelin göstəricisini təkrarlayıb. Hər iki qolkiper hazırda Cənubi Amerika Futbol Konfederasiyasına (CONMEBOL) üzv ölkələrin yığmaları arasında dünya çempionatlarında ən çox oyun keçirən qapıçılar hesab olunur.

Dünya çempionatları tarixində qapıçılar arasında mütləq rekord Almaniya millisinin üzvü Manuel Noyerə məxsusdur. O, mundiallarda 21 oyuna çıxaraq bu göstəricidə liderdir.

Qeyd edək ki, həm Muslera, həm də Taffarel “Qalatasaray”da çıxış edib.

Aut.az