Dünya cempionatı

DÇ-2026: Bu oyunu qadın hakim idarə edəcək

Çexiya və Cənubi Afrika arasında keçiriləcək Dünya Kubokunun qrup mərhələsindəki oyunda hakimlər briqadasına amerikalı hakim Toro Penso rəhbərlik edəcək.

Aut.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Görüş 18 iyunda baş tutacaq. Pensonun köməkçiləri onun həmvətənləri Ketrin Nesbitt və Bruk Mayo olacaq.

39 yaşlı Penso 2020-ci ildən bəri MLS oyunlarını idarə edir və beynəlxalq yoldaşlıq oyunlarında da çalışıb.

Tori Penso tarixdə kişilər arasında Dünya Kubokunda hakimlik edən ikinci qadın olacaq. Bundan əvvəl, 2022-ci il Dünya Kubokunda Kosta Rika və Almaniya arasında 4-2 hesabı ilə başa çatan oyunu fransalı Stefani Frappar idarə etmişdi.

Aut.az