Dünya cempionatıDünya futbolu

İdman naziri açıqladı: İran DÇ-2026-ya gedir?

İranın gənclər və idman naziri Əhməd Donyamali ölkənin futbol millisinin 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, o, təhlükəsizlik təmin olunacağımı təqdirdə yığmanın mundiala yollanacağını deyib.

“Əgər idmançıların təhlükəsizliyi təmin olunarsa, hökumət ölkədəki vəziyyəti nəzərə alaraq onların dünya çempionatına göndərilməsinə icazə verəcək. Biz milli komandanı hazır vəziyyətdə saxlamağa və bütün logistika tələblərini yerinə yetirməyə borcluyuq.

Vəziyyət nə qədər normallaşarsa, dünya çempionatında iştirak ehtimalımız bir o qədər artacaq. Gərginlik nə qədər yüksələrsə, bir o qədər çox amili nəzərə alaraq qərarlar qəbul etməli olacağıq”, – deyə nazir Tasnim agentliyinə açıqlamasında bildirib.

Qeyd edək ki, mundial ABŞ, Kanada və Meksikada keçiriləcək.

Aut.az